Gümüş zəncir çiçəkli ürək kulonu ilə. Zərif və zövqlü dizayna sahib bu gümüş zəncir 925 əyar saf gümüşdən hazırlanmışdır. 45 sm uzunluğundakı zəncir gündəlik istifadə üçün ideal ölçüdədir. Kulon isə incəliyi, zərifliyi, sevgini simvolizə edən çiçəkli ürək formasındadır. Qaşları bagetdir. Klassik və eyni zamanda müasir görünüşü ilə həm özünüz, həm də sevdikləriniz üçün mükəmməl bir hədiyyə seçimidir.