Buzovna qəsəbəsinin mərkəzində, Rahat Marketin yaxınlığında, 10 sot torpaq sahəsində inşa edilmiş, ümumi yaşayış sahəsi 380 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, əla təmirli və tam əşyalı villa satılır.
Villa 1 geniş qonaq otağı, 4 yataq otağı, ayrıca mətbəx və hamam otağından ibarətdir. Evin 1-ci və 2-ci mərtəbələri arasında monolit beton konstruksiya mövcuddur. 2-ci mərtəbədə geniş teras yerləşir.
Villada qaz, su və işıq daimidir. Ev kombi istilik sistemi ilə təchiz olunub.
Həyətyanı sahədə filtrasiya sistemi ilə təchiz edilmiş hovuz, manqalxana və söhbətgah mövcuddur. Həyət geniş və abadlaşdırılmışdır.
Villanın bütün sənədləri qaydasındadır və çıxarışı (kupçası) var.
© Firuzə xanım · mulk.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.