Protranslate Center tərcümə şirkəti komandamıza Rus dilindən Azərbaycan dilinə tərcüməçi axtarır.
Əsas tələblər:
Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilmək;
Rus dilindən Azərbaycan dilinə peşəkar tərcümə etmək bacarığı;
Sənədlərlə işləmək bacarığı;
Azərbaycan dilinin qrammatika və orfoqrafiya qaydalarını yüksək səviyyədə bilmək;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Ünsiyyət bacarığının yüksək olması;
Tərcümə sahəsində iş təcrübəsi arzuolunandır.
İş öhdəlikləri:
Rus dilindən Azərbaycan dilinə müxtəlif növ sənədlərin tərcüməsi;
Tibbi sənədlərin, tibbi arayışların, epikrizlərin və digər tibbi sənədlərin tərcüməsi;
Rəsmi və hüquqi sənədlərlə işləmək;
Tərcümələrin düzgünlüyünü və keyfiyyətini yoxlamaq;
Sənədlərin məzmununa və formatına diqqət yetirmək.
İş şəraiti
İş qrafiki: Həftədə 6 iş günü. saat 09:00 – 18:00
Əmək haqqı: Razılaşma yolu ilə
Əlaqə: +994 50 101 00 28
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə və ya göstərilən telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Protranslate Center — peşəkar komandanın bir hissəsi olun!
Son müraciət tarixi: 23.10.2026