Vəzifə öhdəlikləri:
Layihə üzrə daxil olan çertyoj, spesifikasiya, texniki şərt və digər sənədləri qəbul edir, təhlil edir və aidiyyəti şəxslərə təqdim edir;
Layihə sənədlərinin sistemləşdirilməsini, qeydiyyatını və arxivləşdirilməsini təmin edir;
Layihə sənədlərində olan texniki məlumatları təhlil edir və zəruri hallarda aidiyyəti mühəndislərlə müzakirə edir;
Layihə sənədlərində aşkar edilmiş uyğunsuzluqlar, ziddiyyətlər və çatışmazlıqlar barədə rəhbərliyi və aidiyyəti şəxsləri məlumatlandırır;
Layihə dəyişikliklərinin və reviziyaların qeydiyyatını aparır və aktual layihə versiyasının istifadəsinə nəzarət edir;
Sahəyə təqdim edilən texniki sənədlərin aktual versiyada olmasını təmin edir;
İşlərin icrası üçün tələb olunan texniki sənədlərin hazırlanmasında iştirak edir.
Namizədə tələblər:
Cins: kişi;
Yaş həddi: 25-40;
Müvafiq vəzifə üzrə azı 2 il iş təcrübəsi;
Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
Məsuliyyətli;
İdarəetmə bacarığı;
Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
İş şəraiti:
İş yeri: Şuşa şəhəri;
İş rejimi: 6 günlük;
Yemək və qalmaq yeri ilə təmin olunma;
Korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı razılaşma əsasında.
Yalnız yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 14.10.2026