Stentys Technology MMC şirkəti Tibbi məhsullar sahəsində Təchizatçı vəzifəsi üzrə əməkdaş axtarır.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Namizədə tələblər
Tibbi məhsullar və tibbi avadanlıqlar sahəsində minimum 2 il iş təcrübəsi;
Tibbi məhsullar bazarı və təchizatçı şirkətlər haqqında məlumatlı olmaq;
Tibbi məhsulların çeşidləri və xüsusiyyətləri barədə biliklərə sahib olmaq;
İngilis dili biliyi – xarici təchizatçılarla yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində;
Xarici şirkətlərlə danışıqlar aparmaq və işgüzar yazışmalar həyata keçirmək bacarığı;
Təchizat və satınalma proseslərini bilmək;
Gömrük prosedurları və idxal prosesləri haqqında məlumatlı olmaq;
Tibbi məhsulların idxalı və aidiyyəti səhiyyə prosedurları ilə bağlı işləri idarə edə bilmək;
Məsuliyyətli, operativ və araşdırma qabiliyyətli olmaq;
Danışıqlar və qiymət müqayisəsi aparmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri
Şirkət üçün tələb olunan tibbi məhsul və avadanlıqların yerli və xarici bazarda araşdırılması;
Uyğun məhsul və təchizatçıların müəyyən edilməsi;
Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Xarici şirkətlərlə əlaqələrin qurulması və məhsulların sifarişinin həyata keçirilməsi;
Sifarişlərin hazırlanması və çatdırılma prosesinin izlənilməsi;
Xaricdən gətirilən məhsullarla bağlı logistika və gömrük proseslərinin koordinasiya edilməsi;
Tibbi məhsulların idxalı ilə əlaqədar müvafiq səhiyyə və sənədləşmə məsələlərinin həllinin təşkil edilməsi;
Təchizat prosesinin vaxtında və düzgün şəkildə həyata keçirilməsinə nəzarət edilməsi.
Maraqlanan namizədlər CV-lərini 0507833243 nömrəsinə "Təchizatçı" qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026