İş haqqında məlumat:
“Bakı Metropoliteni” QSC olaraq tikinti üzrə layihələrin icrasına nəzarətin həyata keçirilməsi məqsədilə sifarişçi təşkilata Geodezist vəzifəsinə işə qəbul elan edirik.Sizi hansı öhdəliklər gözləyir?Metro tunelləri, stansiyalar, şaxtalar və digər yeraltı qurğular üzrə geodeziya işlərinə nəzarətin həyata keçirilməsi;Podratçı təşkilatlar tərəfindən aparılan geodeziya ölçmələrinin, icra sxemlərinin və hesabatların yoxlanılması;Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, normativ-texniki tələblərə və geodeziya dəqiqlik göstəricilərinə uyğunluğunun təmin edilməsi;Dövlət geodeziya şəbəkələri və tikinti geodeziya əsaslandırma məntəqələri ilə bağlı işlərin koordinasiyası;Tunel qazıntıları zamanı plan, profil və istiqamət parametrlərinin monitorinqi;Deformasiya, çökmə və yerdəyişmə müşahidələrinin nəticələrinin təhlili və hesabatların hazırlanması;Geodeziya işləri üzrə texniki sənədlərin, rəylərin və aktların hazırlanması;Podratçı və layihə təşkilatları ilə texniki məsələlərin əlaqələndirilməsi;Tikinti sahəsində geodeziya işlərinin normativ sənədlərə uyğun aparılmasına nəzarət.
Tələblər:
Geodeziya, Markşeyderiya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı və ya müvafiq ixtisas üzrə ali təhsil;Geodeziya sahəsində minimum 5 il iş təcrübəsi;Tunel, metro, dəmir yolu, şaxta və digər yeraltı tikinti obyektlərində iş təcrübəsinə üstünlük verilir;Geodeziya cihazları (Total Station, GNSS, rəqəmsal nivelir və s.) ilə işləmək bacarığı;AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatları ilə işləmək bacarığı(BIM və 3D modelləşdirmə proqramları ilə işləmək bacarığı əlavə üstünlükdür);Tikinti norma və qaydaları, geodeziya işlərinin aparılması üzrə normativ sənədlər barədə biliklər;Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;Texniki hesabatların və icra sənədlərinin hazırlanması üzrə təcrübə;Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab edilir.Metropoliten Sizə nə təklif edir?Sabit və etibarlı iş mühiti;Peşəkar komandada inkişaf və karyera imkanları;Metropolitendən ödənişsiz istifadə imkanı;Güzəştli nahar təminatı;Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;Psixoloji dəstək xidməti.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 06/10/2026