Baku Holiday Travel komandası nəticələri ilə danışan Visa Əməliyyatları üzrə Mütəxəssis vakansiyası elan edir.
Əgər viza prosedurları üzrə bilikləriniz, sənədlərlə dəqiq işləmə bacarığınız və müştəri ilə birbaşa ünsiyyət təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Viza xidmətləri üzrə daxil olan müştəri sorğularını qəbul etmək, ehtiyacı dəqiqləşdirmək və müvafiq xidmət təklifini təqdim etmək
Ölkə və viza kateqoriyası üzrə tələb olunan sənəd siyahısını müştəriyə izah etmək, təqdim olunan sənədləri səfirlik və viza mərkəzi tələblərinə uyğunluq baxımından yoxlamaq
Çatışmayan və ya uyğunsuz sənədləri müəyyən etmək, müştəriyə vaxtında bildirmək və tamamlanma prosesini izləmək
Müraciət anketlərini doldurmaq, randevu təyin etmək və müraciət paketini təqdimetməyə hazırlamaq
Müraciətin statusunu izləmək, nəticə barədə müştərini məlumatlandırmaq və pasportun təhvil verilməsini təşkil etmək
Bütün müraciət və müştəri məlumatlarını CRM sistemində tam və dəqiq qeydiyyata almaq, fayl statuslarını gündəlik yeniləmək
Xidmət haqqı və konsulluq rüsumları barədə müştərini məlumatlandırmaq, ödəniş sənədlərinin Maliyyə şöbəsinə vaxtında ötürülməsini təmin etmək
Sığorta, aviabilet və otel rezervasiyası kimi əlaqəli xidmətlər üzrə əlavə satış imkanlarını dəyərləndirmək
Rədd hallarının səbəblərini təhlil etmək və təkrar müraciət prosesində müştəriyə dəstək göstərmək
Səfirliklərin və viza mərkəzlərinin tələblərindəki dəyişiklikləri mütəmadi izləmək və komandaya ötürmək
Xarici Turlar, VIP Satış, Korporativ Satış və Müştəri Xidmətləri şöbələri ilə koordinasiyalı işləmək
Həftəlik və aylıq hesabatları (müraciət həcmi, təsdiq faizi, gecikən fayllar, şikayətlər) birbaşa rəhbərə təqdim etmək
Namizədə tələblər
Ali təhsil (turizm, beynəlxalq münasibətlər, iqtisadiyyat və ya əlaqəli sahələr üstünlükdür)
Viza əməliyyatları, turizm və ya müştəri xidmətləri/satış sahəsində minimum 1–2 il iş təcrübəsi
Şengen, ABŞ, Böyük Britaniya, Kanada, BƏƏ və digər ölkələrin viza müraciət prosedurları üzrə bilik
Sənədlərlə dəqiq işləmə, detallara yüksək diqqət və məsuliyyət hissi
CRM sistemləri və MS Office (xüsusən Excel) proqramlarında sərbəst iş bacarığı
Azərbaycan dili səlis; ingilis dili biliyi (anketlərin doldurulması və səfirlik portalları ilə iş üçün), rus dili üstünlükdür
Güclü ünsiyyət, danışıq və müştəri ilə iş bacarıqları
Eyni vaxtda çoxsaylı faylı idarə etmə, prioritetləşdirmə və müddətlərə riayət etmə bacarığı
Stress altında işləmə və nəticəyönümlü yanaşma
Şəxsi və pasport məlumatlarının məxfiliyinə ciddi riayət
VFS Global, TLScontact, BLS və digər viza mərkəzləri ilə iş təcrübəsi üstünlükdür
İş şəraiti
İş qrafiki: Tam iş günü
Rəqabətli əmək haqqı
Peşəkar və dinamik komanda mühiti
Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Viza əməliyyatları üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 24.10.2026