Tələblər:
* Ali texniki təhsil — mexanika, mexatronika, materialşünaslıq, sənaye mühəndisliyi və ya uyğun mühəndislik ixtisası
* SolidWorks və ya digər CAD proqramlarında işləmə bacarığı
* Texniki çertyojların hazırlanması və oxunması bacarığı
* Ölçü və nəzarət alətləri ilə işləmə bacarığı
* Mexaniki detallar, materiallar və istehsal texnologiyaları haqqında bilik
* Analitik düşünmə və texniki problemləri həll etmə bacarığı
* Yeni məhsul və texnologiyaların araşdırılmasına maraq
* İstehsalat sahəsində iş təcrübəsi üstünlükdür
* Komandada işləmək və layihələri nəticəyədək izləmək bacarığı
Üstünlük veriləcək biliklər:
* Plastik/PVC və metal məhsulların istehsal texnologiyaları
* Ekstruziya və plastik enjeksiyon prosesləri
* Qəlib və alət konstruksiyası
* CNC və mexaniki emal prosesləri
* Material seçimi və məhsul sınaqları
Vəzifə öhdəlikləri:
* Yeni məhsulların araşdırılması, layihələndirilməsi və istehsalata hazırlanması
* Mövcud məhsulların konstruksiya və texniki göstəricilərinin təkmilləşdirilməsi
* Yeni xammal və materialların araşdırılması, sınaqlarının təşkili və nəticələrinin qiymətləndirilməsi
* Məhsul nümunələrinin hazırlanması, test edilməsi və istehsala uyğunlaşdırılması
* İstehsal proseslərinin optimallaşdırılması və texniki problemlərin həlli
* Məhsul və detalların 2D/3D texniki çertyojlarının hazırlanması
* Qəlib, mexanizm və istehsal avadanlıqlarının təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması
* İstehsalat, keyfiyyət və texniki xidmət şöbələri ilə birgə işləmək
* Aparılmış sınaqların və layihələrin texniki sənədləşdirilməsi
* Məhsulun maya dəyərinin azaldılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması
Maaş: 1000-1500 AZN
Yaş: 25-40
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər