Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühəndis elektronçu vakansiyası üzrə əməkdaş axtarırıq!
Tələb olunan bacarıqlar:
Elektronika, elektrotexnika, elektron mühəndisliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
Elektron komponentlər və elektronika üzrə əsas biliklər;
Elektrik və elektron sxemləri oxuma bacarığı;
Ölçü cihazları ilə işləmə bacarığı;
Texniki sənədlərlə işləmə bacarığı;
MS Office proqramlarında ilkin səviyyədə işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
Komandada işləmək bacarığı;
Azərbaycan dili biliyi; rus və ingilis dili biliyi üstünlükdür;
İş təcrübəsi üstünlükdür, müvafiq sahə üzrə yeni məzunlar və az təcrübəli namizədlər də müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
Elektron avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
Elektron komponentlərin və cihazların diaqnostikası və nasazlıqlarının müəyyən edilməsi;
Elektrik və elektron sxemlərin oxunması və təhlili;
Avadanlıqların texniki göstəricilərinin yoxlanılması və sınaqların aparılması;
Elektron sistemlərin montajı və inteqrasiyasında iştirak;
Ölçü cihazlarından və müvafiq texniki avadanlıqlardan istifadə;
Aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak;
Texniki sənədlərin, hesabatların və görülmüş işlər üzrə qeydlərin hazırlanması;
Avadanlıqların texniki təhlükəsizlik və istismar qaydalarına uyğun istifadəsinin təmin edilməsi;
Rəhbərliyin verdiyi texniki tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
İş şəraiti:
İş rejimi: Tam iş günü
İş qrafiki: 5 iş günü, 09:00–18:00
İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi
Əmək haqqı: 1000 AZN (net)
Tibbi sığorta
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi“subject” (mövzu) hissəsində Kiçik Mühəndis-elektronçu qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/digismart-tech-mmc-kicik-muhendis-elektroncu-150977