Vəzifə öhdəlikləri
Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı istismarını təmin etmək
Fasiləsiz rejimdə çalışan istehsalat xətləri və köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili və icrasına rəhbərlik etmək
Qəza və texniki nasazlıqlar zamanı operativ müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət etmək
Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin etmək
Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin azaldılması üzrə təkliflər vermək
Texniki sənədlərin, təmir qrafiklərinin və hesabatların hazırlanması
Namizədə tələblər:
Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə)
Rus və ingilis dili biliklərinin olması üstünlükdür. (Avadanlıqların texniki sənədləri və sairə ilə əlaqədar olaraq)
Fasiləsiz istehsalat mühitində mexaniki avadanlıqlar üzrə dərin biliklər
AutoCAD proqramını üzrə biliklər – mütləqdir
Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə üstünlükdür
Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi
İş şəraiti:
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
6 günlük iş həftəsi, tam iş günü;
Mobil nömrə ilə təminat.
Nahar şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Mövzu hissəsində “Baş Mexanik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 11.10.2026