Maliyyə planlaşdırması və təhlili fəaliyyətinə rəhbərlik etmək: illik büdcə, dövri proqnozlar, uzunmüddətli planlar və ssenari modelləşdirməsi;Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, büdcə, proqnoz və əvvəlki dövrlərlə kənarlaşmaları izah etmək və nəticələri rəhbərliyə təqdim edilməsi;Brend, SKU, müştəri, satış kanalı və region üzrə rentabellik təhlilinin aparılması, o cümlədən ümumi mənfəət marjası, töhfə marjası və qiymət-həcm-çeşid təhlili;İstehsal xərclərini və istehsalat göstəricilərini təhlil edilməsi: material çıxımı, tütün xammalının sərfi, tullantılar, avadanlıq səmərəliliyi (OEE), əmək və dolayı xərclərin bölüşdürülməsi, min siqaretə düşən maya dəyəri;Aksiz dərəcələrinin dəyişməsinin, qiymət artımlarının, tənzimləyici yeniliklərin və bazar dinamikasının həcm, gəlir və mənfəətə maliyyə təsirini modelləşdirilməsi;Kapital qoyuluşları, yeni istehsal xətləri, yeni məhsullar və xərc optimizasiyası təşəbbüsləri üzrə investisiya qiymətləndirməsi və biznes əsaslandırmaları (NPV, IRR, geri qaytarılma müddəti) hazırlanması;Maliyyə modelləri və hesabat alətləri qurmaq və inkişaf etdirmək; idarəetmə panellərini və KPI hesabatlarının avtomatlaşdırılması;Dövriyyə kapitalını, ehtiyat səviyyələrini, anbar günlərini, debitor və kreditor borclarının dövriyyəsini izləmək və təkmilləşdirmə tədbirlərinin təklif edilməsi;İstehsal, Kommersiya, Təchizat Zənciri və Satınalma komandaları ilə tərəfdaşlıq quraraq əməliyyat və kommersiya qərarlarını dəstəkləyən maliyyə təhlillərin təqdim edilməsi;Yuxarı rəhbərlik, səhmdarlar və qrup mərkəzi üçün idarəetmə hesabat paketləri və təqdimatların hazırlanması;Tütün sektoru üzrə bazar, rəqib və sənaye məlumatlarının izlənilməsi və onların proqnozlara və strateji təhlilə daxil edilməsi;Xərclərin optimallaşdırılması və səmərəlilik imkanlarını müəyyən etmək, tətbiq olunan təşəbbüslərin maliyyə nəticələrini izləmək;Məlumat keyfiyyətinin, planlaşdırma proseslərinin, ERP/BI hesabat strukturlarının və maliyyə təhlili ilə bağlı daxili nəzarətlərin təkmilləşdirilməsini dəstəkləmək.
Vakansiya növü: Tam ştat
Şirkət: Tabaterra MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/tabaterra/tabaterra-senior-financial-analyst-27713409/apply