Nağd pul vəsaitlərinin qəbulu, verilməsi və hesablanması əməliyyatlarını həyata keçirmək;Valyuta mübadiləsi (Exchange) əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək;Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması;Nağd pul vəsaitlərinin və valyutaların düzgün hesablanmasını və təhlükəsiz saxlanılmasını təmin etmək;Kassa sənədlərini düzgün rəsmiləşdirmək və gündəlik kassa hesabatlarını hazırlamaq;Kassa qalığını və aparılmış əməliyyatları mütəmadi olaraq yoxlamaq;Kassa intizamına, daxili prosedurlara və təhlükəsizlik qaydalarına riayət etmək;Kassa əməliyyatları zamanı yaranan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə təhsil arzuolunandır);Kassir, xəzinədar, bank və ya valyuta mübadiləsi (Exchange) sahəsində bank təcrübəsi ;İngilis dili biliyi (yaxşı səviyyədə);MS Office proqramlarından istifadə, xüsusilə Excel üzrə biliklər;Riyazi hesablama, diqqətlilik və dəqiqlik;Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;Müştəriyönümlü yanaşma və yüksək ünsiyyət bacarıqları;Komandada işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərpoçt MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azerpost/azerpost-xezinedar-41418952/apply