İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Daxili Audit Departamenti
Birbaşa rəhbər: Daxili Audit Meneceri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Təsdiq edilmiş illik Daxili Audit Planına uyğun audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
Audit olunan proseslər üzrə riskləri, daxili nəzarət mexanizmlərini və mövcud prosedurları təhlil etmək;
Audit proqramına uyğun olaraq sənədlərin, müqavilələrin, əməliyyatların, hesabatların və digər məlumatların yoxlanılmasını həyata keçirmək;
Maliyyə və əməliyyat məlumatları üzrə analitik təhlillər aparmaq, kənarlaşmaları və qeyri-adi əməliyyatları müəyyən etmək;
Müəyyən edilmiş uyğunsuzluqlar üzrə kifayət qədər və etibarlı audit sübutlarını toplamaq və sənədləşdirmək;
Audit işçi sənədlərini müəyyən edilmiş metodologiyaya uyğun hazırlamaq və aparılmış audit prosedurlarının nəticələrini rəsmiləşdirmək;
Audit müşahidələrinin və hesabat layihələrinin hazırlanmasında iştirak etmək;
Audit fəaliyyəti zamanı əldə edilmiş məlumatların məxfiliyini, obyektivliyi və peşəkar etik prinsipləri qorumaq;
Komanda üzvü qismində səmərəli çalışmaq, öhdəlikləri bölüşmək, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq;
Daxili Audit departamentində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirmək.
Vəzifə tələbləri:
Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;
Müvafiq sahədə minimum 2 iş təcrübəsi;
ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;
Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək;
Kommunikasiya və təqdimat bacarıqları;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;
MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Daxili audit üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 08.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/eden-agro-mmc-daxili-audit-uzre-mutexessis-150572