İş haqqında məlumat:
Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması;Elektrik yükləri və digər texniki hesablamaların aparılması;Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi;Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası;Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması;Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması;Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası;Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli;Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi;
Tələblər:
Müvafiq sahədə 2–3 il iş təcrübəsi;Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik;AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı;Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür;Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;Layihə və texniki sənədlərlə işləmək bacarığı;Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik;Normativ-texniki tələblər barədə ümumi anlayış;Şəxsi keyfiyyətlər:Analitik və sistemli düşüncə;Yüksək diqqət və dəqiqlik;Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı;Yüksək məsuliyyət və iş intizamı;Çevik və nəticəyönümlü yanaşma;Təhlükəsizlik və keyfiyyət standartlarına riayət;Şirkətin təklifləri:Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);Peşəkar və dinamik iş mühiti;Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 01/10/2026