Körpə itlər, kiçik cins it və pişiklər: - 2-5 kq canlı çəkiyə 0,7 qramlıq 1/2 həb. Orta cins itlər: - 5-10 kq canlı çəkiyə 0,7 qramlıq 1 həb. Böyük cins itlər və iri heyvanlar: - ilkin 10 kq canlı çəkiyə 0,7 qramlıq 1 həb. İstifadə qaydası – daxilə qəbul. Həb ayrı qəbul oluna bilər və ya bir parça qidaya bükülüb verilə bilər. Dərmanı süd məhsulları ilə birlikdə verməyin. Dozanı bir dəfəyə qəbul etmək lazımdır. Heyvanlar (pişik və itlər), zooparklar, sirk və s. üçün heyvanın çəkisinə uyğun olaraq əzilmiş həb qida topalarına qarışdırılması və bu qida topalarının səhər qidalanması öncəsi qəfəsə qoyulması tövsiyə olunur. Körpə itlərə 3 həftədən 12 həftəyə qədər yaşda, 3 həftə intervalı ilə bir dəfə istifadə olunması, sonra isə müntəzəm olaraq hər 3 aydan bir tətbiqi tövsiyə olunur.