Bazar qiymətləri

Gömrük kalkulyatoru

Xaricdən gətirilən avtomobilin rüsumu, aksizi, ƏDV-si və utilizasiya haqqı — mühərrik həcmi, il və yanacağa görə

Necə hesablanır?

  1. 1. Rüsum mühərrik həcminə görə dollarla hesablanıb 1,70 məzənnəsi ilə manata çevrilir; yeni və işlənmiş üçün dərəcə fərqlidir.
  2. 2. Aksiz Vergi Məcəlləsinin 190.3 cədvəli ilə pilləli hesablanır; 3 ildən köhnə böyük həcmli və 7 ildən köhnə maşınlarda artırılır.
  3. 3. ƏDV 18 % gömrük dəyəri + rüsum + aksiz cəminə tətbiq olunur; sonra utilizasiya haqqı və rəsmiləşdirmə əlavə olunur.

Gətirdikdən sonra ildə nə qədər xərc çıxır? — hər avto elanında «İllik saxlama xərci» bloku var

Tez-tez verilən suallar

Gömrük rüsumu necə hesablanır?
Mühərrik həcminə görə: 1500 sm³-dək yeni 0,40 $, işlənmiş 0,70 $; 1500-dən yuxarı yeni 0,70 $, işlənmiş 1,20 $ hər sm³ üçün. Məbləğ 1,70 məzənnəsi ilə manata çevrilir.
Aksiz nə qədərdir?
2000 sm³-dək hər sm³ üçün 0,30 ₼; 2001–3000 sm³: 600 ₼ + 5 ₼/sm³; 3000-dən yuxarı pillələr bahadır və 3 ildən köhnə maşında daha yüksəkdir. 7 ildən köhnə avtomobildə 2026-dan aksiz benzin üçün 1,5, dizel üçün 2 dəfə artırılır.
Elektrik və hibrid maşınlara güzəşt varmı?
3 ildən yeni elektromobil rüsum və ƏDV-dən azaddır; 3 ildən yeni, 2500 sm³-dək hibrid ƏDV-dən azaddır (rüsum və aksiz ödənilir).
Utilizasiya haqqı nədir?
İdxal olunan 4–7 yaşlı avtomobil üçün 400 ₼, 7 yaşdan yuxarı üçün 700 ₼ birdəfəlik ödənişdir; 4 yaşa qədər ödənilmir.