PraykBot — Prayk.com veb-robotu
PraykBot Azərbaycan elan və onlayn mağaza saytlarındakı açıq elanları oxuyur ki, alıcı bir axtarışla bütün bazarı görsün. Hər elan orijinal mənbəyə keçidlə göstərilir. Bu səhifədə botun necə işlədiyini, onu necə tanıyacağınızı və necə idarə edəcəyinizi yazırıq.
- robots.txt adı: PraykBot
- Sorğular arası ən azı 0,7 s
- PraykBot qaydaları avtomatik tətbiq olunur
Botu necə tanımaq olar
PraykBot hər sorğuda özünü açıq təqdim edir: User-Agent sətrində botun adı, bu səhifənin ünvanı və əlaqə e-poçtu var.
User-Agent
PraykBot/1.0 (+https://prayk.com/bot; [email protected])- robots.txt-də botun adı — PraykBot (böyük-kiçik hərf fərq etmir).
- Başqa proqram da özünü PraykBot kimi təqdim edə bilər. Sorğunun həqiqətən bizdən gəldiyinə əmin deyilsinizsə, IP ünvanı və vaxtı ilə bizə yazın — yoxlayıb cavab verəcəyik.
PraykBot nə edir
- Saytın açıq — girişsiz hər kəsə görünən — elan və məhsul səhifələrini, kataloq lentlərini və sitemap fayllarını oxuyur.
- Elanın başlığını, qiymətini, təsvirini, şəkillərini, kateqoriyasını, yerini və elanda açıq göstərilən əlaqə məlumatını götürür.
- Prayk-da hər belə elan «Elanın mənbəyi» bloku ilə göstərilir: mənbə saytın adı və orijinal elana birbaşa keçid.
- Elanları mütəmadi yenidən yoxlayır: mənbədə silinmiş elan Prayk-da da deaktiv edilir.
Nə etmir
- Hesaba daxil olmur, login və parol işlətmir, şəxsi kabinetlərə girmir.
- Ödənişli və ya yalnız qeydiyyatlı istifadəçilərə açıq məzmunu toplamır.
- Formlar doldurmur, elan yerləşdirmir, saytınızın istifadəçilərinə mesaj göndərmir.
Saytınıza yük
- Sorğular ardıcıl göndərilir, aralarında ən azı 0,7 saniyə fasilə olur.
- robots.txt-də Crawl-delay göstərilən saytlarda fasilə ona uyğun artırılır.
- Server xətasında (5xx) sorğu ən çox bir dəfə təkrarlanır; 4xx cavabında təkrar edilmir.
- Saytınız sürət həddi tətbiq edirsə və ya yük hiss edirsinizsə, yazın — tempi azaldırıq.
robots.txt ilə idarəetmə
PraykBot-a ünvanlanmış qaydalar hər yoxlamanın əvvəlində avtomatik oxunur və tətbiq olunur — qadağan edilmiş ünvana sorğu göndərilmir.
Botu saytdan tam kənarlaşdırmaq üçün:
User-agent: PraykBot
Disallow: /Yalnız müəyyən bölmələri bağlamaq üçün (nümunə):
User-agent: PraykBot
Disallow: /profile/
Disallow: /*?sort=
Allow: /Dəstəklənir: Allow, Disallow, * və $ işarələri (ən uzun uyğun qayda üstündür, bərabərlikdə Allow). Ümumi «User-agent: *» qaydalarını hər mənbəni qoşarkən ayrıca nəzərdən keçiririk. Saytınızdan artıq götürülmüş elanların Prayk-dan çıxarılmasını istəyirsinizsə, bizə yazın — mənbəni dayandırır və həmin elanları kataloqdan çıxarırıq.
Rəsmi əməkdaşlıq
Məqsədimiz elanları mənbə saytların razılığı ilə göstərməkdir. Sayt sahibləri ilə əməkdaşlığı belə rəsmiləşdiririk:
- Razılıq — saytınızın elanlarının Prayk-da mənbəyə keçidlə göstərilməsinə yazılı icazə.
- Feed və ya API — HTML səhifələri oxumaq əvəzinə sizin verdiyiniz XML/JSON lentindən çəkirik; saytınıza yük demək olar ki, sıfıra enir.
- Temp və həcm — yoxlama tezliyini və hansı bölmələrin götürüləcəyini birlikdə razılaşdırırıq.
- Trafik — hər elan orijinal səhifənizə keçid verir, alıcı sizin sayta qayıdır.
- İstənilən vaxt dayandırma — razılığı geri götürəndə mənbə dayandırılır və elanlar kataloqdan çıxarılır.
Son yenilənmə: 27 sentyabr 2026