Məlumat səhifəsi

Qarabağda iş və ev

«Qarabağda iş», «Qarabağda ev» sorğuları çoxdur, amma orada hələ adi elan bazarı yoxdur: köçürmə dövlət proqramı ilə gedir, mənzilləri dövlət verir. Bu səhifədə kimin necə köçə bildiyini, iş tapmağın yolunu və Prayk-da həmin şəhərlər üzrə nə qədər elan olduğunu yazırıq.

  • Böyük Qayıdış: birinci Dövlət Proqramı 2022–2026
  • Mənzilləri dövlət verir
  • İş: Dövlət Məşğulluq Agentliyi və DOST

Hazırkı vəziyyət

İşğaldan azad olunmuş ərazilərə qayıdış «Böyük Qayıdış» Dövlət Proqramı çərçivəsində mərhələlərlə gedir; birinci proqram 2022–2026-cı illəri əhatə edir.

  • Köçürməni Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi həyata keçirir — Laçın, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Xocavənd və kəndlərə köç karvanları davam edir.
  • Şəhərlərin baş planları təsdiqlənib, mənzillər, məktəblər, xəstəxanalar və iş yerləri dövlət tərəfindən tikilir.
  • Sərbəst alqı-satqı və kirayə bazarı hələ formalaşmayıb — ona görə elan saytlarında Qarabağ üzrə özəl təklif azdır.

Qarabağda ev: kim və necə

Mənzil və fərdi evlər keçmiş məcburi köçkünlərə dövlət tərəfindən verilir — satılmır və kirayə verilmir.

  • Köçürülənlər Birinci Qarabağ müharibəsindən əvvəl həmin ərazidə qeydiyyatda olan ailələrdir; ailə yalnız öz qeydiyyat ərazisinə köçə bilər.
  • Növbədə əvvəlcə qəzalı binalarda, yataqxana və sanatoriyalarda yaşayan ailələr gəlir; konkret mənzil püşkatma ilə müəyyənləşir.
  • Başqa bölgələrin vətəndaşlarının Qarabağda ev ala bilməsi bəyan edilib, amma qaydası və başlanğıc tarixi hələ açıqlanmayıb.
  • Köçürülmüş ailələrin evlərini satması və ya kirayə verməsi hələlik nəzərdə tutulmur.

Köçürmə növbəsi, sənədlər və ünvan üzrə suallar üçün Dövlət Komitəsinə müraciət edin (aşağıda keçid).

Qarabağda iş

İş yerləri əsasən dövlət qurumları, tikinti, kənd təsərrüfatı, təhsil və xidmət sahəsindədir; vakansiyalar rəsmi məşğulluq sistemi vasitəsilə doldurulur.

  • Dövlət Məşğulluq Agentliyi Xankəndi və digər şəhərlərdə əmək yarmarkaları keçirir — bir yarmarkada yüzlərlə vakansiya təqdim olunur (Xankəndi: 222).
  • Müraciət yolu: faktiki yaşayış ünvanı üzrə regional məşğulluq filialı və ya DOST mərkəzi; vakansiyalar e-Sosial portalındadır.
  • Qarabağ Universiteti (Xankəndi) 2024-cü ildən fəaliyyətdədir — müəllim və əməkdaş vakansiyaları ayrıca elan olunur, işçilərə Xankəndidə mənzil verilir.
  • Özəl şirkətlərin Qarabağ vakansiyaları (tikinti, otel, logistika) adətən Bakı ünvanı ilə dərc olunur — axtaranda «Qarabağ», «Şuşa», «Xankəndi» sözlərinə baxın.

Qarabağ şəhərləri üzrə elanlar

Say Prayk-dakı aktiv elanlardır (saatda bir yenilənir). Keçid yalnız 8 və daha çox elan olanda göstərilir.

ŞəhərBütün elanlarİşƏmlak
Tərtər206 · Şəhər səhifəsi8-dən az11 · Əmlak elanları
Ağdam134 · Şəhər səhifəsi13 · Vakansiyalar8-dən az
Füzuli99 · Şəhər səhifəsi8-dən az8-dən az
Xankəndi57 · Şəhər səhifəsi9 · Vakansiyalar8-dən az
Laçın26 · Şəhər səhifəsi8-dən az12 · Əmlak elanları
Şuşa18 · Şəhər səhifəsi8-dən az8-dən az
Cəbrayıl17 · Şəhər səhifəsi8-dən az0
Kəlbəcər9 · Şəhər səhifəsi8-dən az0
Zəngilan9 · Şəhər səhifəsi8-dən az0
Xocalı8 · Şəhər səhifəsi00
Xocavənd8 · Şəhər səhifəsi8-dən az0
Ağdərə8-dən az08-dən az
Qubadlı000

Prayk-da nə var

Qarabağ şəhərləri Prayk-da şəhər kimi seçilir; elan sayı artdıqca aşağıdakı cədvəldə bölmə keçidləri avtomatik açılır.

  • Hər şəhərin öz səhifəsi var — 8 və daha çox elan olanda ona keçid veririk; azdırsa link yoxdur (boş səhifəyə göndərmirik).
  • Elan yerləşdirən satıcı şəhəri formada seçir — Qarabağda təklifiniz varsa (iş, texnika, xidmət), şəhəri düzgün seçin ki, burada görünsün.
  • Nömrəni açmaq və satıcıya yazmaq girişsiz mümkündür; saxlanmış axtarış yeni elanda bildiriş göndərir.

Rəsmi mənbələr

Bu səhifə məlumat xarakterlidir və açıq mənbələrə əsaslanır; Prayk dövlət qurumu deyil və köçürmə növbəsi ilə bağlı qərar vermir. Rəsmi qaydalar üçün yuxarıdakı qurumlara müraciət edin.

Düzəliş təklif etYenilənib: oktyabr 2026