Bazar qiymətləri

İpoteka kalkulyatoru

Güzəştli və adi ipoteka (AİF) və ya bank krediti ilə aylıq nə qədər ödəyəcəyinizi və hansı gəlirin lazım olduğunu hesablayın.

Kredit növü

Mənzilin qiymətini yazın

Aylıq ödəniş, ümumi faiz və tələb olunan gəlir dərhal hesablanacaq.

Necə hesablanır?

  1. 1. Kredit məbləği = mənzilin qiyməti − ilkin ödəniş.
  2. 2. Aylıq ödəniş annuitet düsturu ilə: bütün müddət boyu eyni məbləğ; əvvəlcə faiz payı çox olur, sonra əsas borc payı artır.
  3. 3. Minimal gəlir = aylıq ödəniş ÷ 0,7 — AİF-in «ödəniş gəlirin 70%-ni keçməsin» qaydası.

Tez-tez verilən suallar

Güzəştli ipotekadan kimlər istifadə edə bilər?
Gənc ailələr (hər iki həyat yoldaşı 35 yaşadək), 15 ildən çox dövlət qulluğunda işləyənlər, 3 ildən çox hərbi xidmətdə olanlar, müəllimlər, alimlər, jurnalistlər, şəhid ailələri və müharibə iştirakçıları. Bu hüquqdan ömürdə bir dəfə istifadə olunur.
Güzəştli və adi ipotekanın fərqi nədir?
Güzəştli: illik 4%-dək, maksimum 100 000 ₼, ilkin ödəniş ən azı 10%, 30 ilədək. Adi: illik 8%-dək, maksimum 150 000 ₼, ilkin ən azı 15%, 25 ilədək.
Hər mənzilə ipoteka almaq olar?
Xeyr — mənzilin mülkiyyət sənədi (kupça / çıxarış) olmalı və bank qiymətləndirməsindən keçməlidir. Prayk-da «İpotekaya yararlı» filtri ilə belə elanları seçə bilərsiniz.
Hesablama nə qədər dəqiqdir?
Aylıq ödəniş düsturla dəqiq hesablanır, amma bank əlavə sığorta, qiymətləndirmə və xidmət haqları tələb edə bilər. Yekun rəqəmi müraciət etdiyiniz bankdan dəqiqləşdirin.