Anne Klein qadın saatı zərifliyi və klassik üslubu özündə birləşdirir. Saatın çərçivəsi kristal daşlarla vurğulanıb, siferblatda isə Roma rəqəmləri istifadə olunub. Dəstə saatla birlikdə 3 ədəd qolbaq daxildir: yarpaq formalı dizaynlı, kristal daşlı, dairə formasında kristal vurğulu qolbaq. Həm gündəlik istifadə, həm də xüsusi günlər üçün ideal seçimdir. Xüsusiyyətlər: ▪️ Orijinal Anne Klein ▪️ Saat + 3 qolbaq birlikdə ▪️ Kvars mexanizm (batareya ilə işləyir) ▪️ Anne Klein rəsmi pasportu var ▪️ 🎁 Qutu və çanta daxil olmaqla hədiyyəlik qablaşdırma Anne Klein haqqında qısa məlumat: Anne Klein brendi 1968-ci ildə məşhur amerikalı dizayner Anne Klein tərəfindən yaradılıb. O, qadın modasında rahatlıq və eleqantlığı birləşdirən dizaynları ilə tanınıb. Anne Klein, qadınların həm gündəlik həyatda, həm də iş mühitində özlərini zərif və güvənli hiss etməsi ideyasını modaya gətirən öncül dizaynerlərdən biridir. Bu gün Anne Klein saatları dünyada keyfiyyət, klassika və zövqlü dizaynın simvolu hesab olunur.