Təsvir
Şirkətin daxili korporativ sənədlərinin (prosedurlar, təlimatlar, qaydalar, əsasnamələr və s.) qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
Daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək, bu istiqamətdə müvafiq dövlət orqanları (qurumları) ilə hüquqi kommunikasiyanı həyata keçirmək;
Əmək hüququ məsələləri üzrə struktur bölmələrə hüquqi dəstək göstərmək, işçilərin intizam məsuliyyətinə cəlb edilməsinin hüquqi əsaslarını əmək qanunvericiliyinin tələbləri baxımından qiymətləndirmək və hüquqi riskləri müəyyənləşdirmək;
Dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən normativ hüquqi akt layihələrini hüquqi ekspertizadan keçirmək, rəy və təkliflər hazırlamaq, zəruri hallarda normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;
Dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən daxil olan müraciət, məktub və sorğuların hüquqi baxımdan cavablandırılmasını təmin etmək, digər struktur bölmələr tərəfindən hazırlanmış cavab layihələrinə hüquqi rəy vermək;
Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və aidiyyəti struktur bölmələrə hüquqi dəstək göstərmək;
Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət vermək;
Əmək, inzibati və cinayət-hüquqi mübahisələr üzrə şirkətin mediasiya təşkilatlarında və bütün instansiya məhkəmələrində təmsil olunmasını təmin etmək, şirkətin hüquq və qanuni mənafelərini müdafiə etmək.
Tələblər
Hüquq ixtisası üzrə ali təhsil;
Hüquq sahəsində minimum 5 il peşəkar iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini yüksək, rus dilini orta səviyyədə bilmək
Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Əmək qanunvericiliyi, korporativ hüquq və normativ hüquqi aktlarla işləmək üzrə dərin biliklər;
Hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertiza və hüquqi rəylərin verilməsi üzrə praktik təcrübə;
Dövlət orqanları və digər maraqlı tərəflərlə peşəkar ünsiyyət və yazışma aparmaq bacarığı;
Analitik düşünmə, hüquqi təhlil və hüquqi risklərin qiymətləndirilməsi bacarığı;
Qərarvermə və problem həll etmə bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Danışıqların aparılması bacarığı;
Komandada səmərəli işləmək və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
Yüksək məsuliyyət hissi, etik davranış prinsiplərinə sadiqlik və nəticəyönümlülük.
İş qrafiki: 5 günlük
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 16.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-airlines-huquq-meseleleri-uzre-ekspert-151351