İş haqqında məlumat:
“ATL Tech” olaraq İnsan Resursları fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə namizəd axtarışındayıq. Vəzifə öhdəlikləri:İR ilə əlaqədar müvafiq sənədləşmə, kargüzarlıq proseslərinin həyata keçirilməsini təmin etmək;Vəzifə öhdəliklərini təhlil etmək və müvafiq vakansiya elanlarının hazırlanması prosesində iştirak etmək;CV-lərin ilkin seçim və qiymətləndirilməsini həyata keçirmək, uyğun namizədləri müəyyənləşdirmək;Namizədlərlə müsahibələrin təşkilini və namizəd seçimi prosesini həyata keçirmək;Yeni əməkdaşların işə qəbul və şirkətə adaptasiya prosesinin təşkilində iştirak etmək;İşçilərin şəxsi işlərinin, əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanmasını təmin etmək;İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, xitam və digər kadr prosesləri üzrə müvafiq sənədləşmələri həyata keçirmək;ƏMAS portalında əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək;İR məlumat bazasının mütəmadi olaraq yenilənməsini və düzgün idarə olunmasını təmin etmək;İşçilərin davamiyyət və məzuniyyət məlumatlarının uçotunu aparmaq;Müvafiq İR hesabatlarının hazırlanmasında iştirak etmək;Şirkətdaxili tədbirlərin və digər İR layihələrinin təşkilində iştirak etmək;İR proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində proseslərdə rol almaq;
Tələblər:
Ali təhsil;Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı;Analitik düşünmək qabiliyyəti;Aktiv və təşəbbüskar yanaşma;Dəqiqlik və detallara diqqətli yanaşma;
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 28/09/2026