Əsas vəzifə və öhdəliklər:
Tikinti-quraşdırma işlərinin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
Tikinti sahəsində gündəlik işlərin təşkili və koordinasiyasını həyata keçirmək;
İşlərin təsdiq edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
İşçi heyətinin və sahədə fəaliyyət göstərən digər tərəflərin işini koordinasiya etmək;
Materialların, texniki vasitələrin və işlərin düzgün və səmərəli istifadəsinə nəzarət etmək;
Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
Görülmüş işlər və sahədəki cari vəziyyət barədə müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Layihə rəhbərliyinin verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
Namizədə tələblər:
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti-quraşdırma işlərinin təşkili və icrasına nəzarət sahəsində təcrübə;
Tikinti layihələrinin texniki sənədləri və işlərin icra ardıcıllığı barədə anlayış;
Tikinti sahəsində işlərin koordinasiyası və operativ idarə olunması bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək və sahədə işçi heyəti ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Zəngilan şəhərində layihə ərazisində işləməyə hazır olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Mövzu hissəsində: “İş İcraçısı – Zəngilan” qeyd etməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərin CV-lərinə baxılacaq.
Son müraciət tarixi: 14.10.2026