Famurex MMC komandamıza Kredit Mütəxəssisi vəzifəsinə məsuliyyətli, aktiv və karyera inkişafına maraqlı əməkdaş axtarır.
Namizədə tələblər:
Yaş: 25–30
Ali təhsil
Lombard, BOKT və ya bank sektorunda ən azı 1 il iş təcrübəsi
Xüsusilə lombard sahəsində çalışan və ya əvvəllər çalışmış namizədlərə üstünlük verilir
Kreditlərin rəsmiləşdirilməsi və kredit analizi üzrə praktiki bilik
Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
Satış və müştəri cəlbetmə bacarığı
Azərbaycan dilində səlis danışıq; rus dili arzuolunandır
MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
Diqqətli, məsuliyyətli və operativ olmaq
Komandada işləmək və nəticəyə fokuslanmaq bacarığı
Əsas vəzifələr:
Müştərilərin qarşılanması və lombard xidmətləri barədə məlumatlandırılması
Kredit müraciətlərinin qəbul edilməsi və təhlili
Girovun qiymətləndirilməsi və kreditin rəsmiləşdirilməsi
Kredit portfelinə nəzarət
Mövcud müştərilərlə münasibətlərin qorunması və yeni müştərilərin cəlb edilməsi
Kredit ödənişlərinin və müştəri öhdəliklərinin izlənilməsi
Şirkətin daxili prosedur və standartlarına riayət edilməsi
Biz nə təklif edirik:
Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
Peşəkar və dinamik iş mühiti
Lombard və maliyyə sektorunda karyera inkişafı imkanı
Müvafiq təlim və inkişaf proqramları
Nəticəyə əsaslanan əlavə bonus imkanları
Rəsmi əmək müqaviləsi
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməlidirlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 24.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/famurex-mmc-kredit-mutexessisi-152151