İş şəraiti
İş yeri: AZİN Academy MMC (Azin Technology)
İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441C
Əmək haqqı: 500 Azn
İş qrafiki: Həftənin 6 günü, 09:00–18:00
Vəzifələr:
Kursa müraciət edən şəxslərə tədris proqramları haqqında ətraflı məlumat vermək;
Telefon zənglərini cavablandırmaq, Instagram Direct və digər sosial şəbəkələr vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq;
Potensial tələbələri düzgün istiqamətləndirmək və qeydiyyata cəlb etmək;
Tələbələrin qeydiyyatını aparmaq və məlumat bazasını mütəmadi yeniləmək;
Yeni qrupların formalaşdırılmasını təşkil etmək;
Müəllimlərin dərs cədvəllərini hazırlamaq və onlara nəzarət etmək;
Dərslərin vaxtında və plan üzrə keçirilməsinə nəzarət etmək;
Tələbələrin davamiyyətini izləmək və tədris prosesini koordinasiya etmək;
Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Yaş həddi: 22 – 40 yaş
Ali və ya orta ixtisas təhsili;
Kurs meneceri, satış meneceri və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili biliyi üstünlük hesab olunur);
MS Office proqramlarında işləmək bacarığı;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək bacarığı;
Gülərüz, təşəbbüskar və nəticəyönümlü olmaq;
Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
CV-lərinizi mövzu hissəsində “Kurs Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
Maaş: 500 AZN
Son müraciət tarixi: 14.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/azin-academy-mmc-kurs-meneceri-151054