İş haqqında məlumat:
MAX PRINT komandamıza təcrübəli və nəticəyönümlü Marketoloq axtarırıq.İş yeri - Bakı şəhəri, Əlibəy Hüseynzadə küç. 84, AZ1014İş qrafiki5 günlük iş həftəsi (5/2)Tam ştatƏmək haqqı - 1500 – 2000 AZN + (namizədin bilik və təcrübəsinə uyğun olaraq)Vəzifə öhdəlikləriŞirkətin marketinq strategiyasının hazırlanması və icrası;Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və effektivliyinin ölçülməsi;Rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi;Sosial media və digər kommunikasiya kanalları üzrə marketinq fəaliyyətlərinin koordinasiyası;Bazar araşdırmalarının aparılması və rəqib analizlərinin hazırlanması;Brendin tanınmasının artırılması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi;Satış komandasına marketinq dəstəyinin göstərilməsi;Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması;Reklam və promo materiallarının hazırlanmasına nəzarət;Aylıq və rüblük hesabatların hazırlanması.
Tələblər:
Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı (mütləqdir);Rəqəmsal marketinq alətləri üzrə biliklər (Google Ads, Google Analytics, Meta Ads və s.);Marketinq planlama və layihə idarəetmə bacarıqları;Analitik düşünmə və nəticəyönümlü yanaşma;Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;Kreativ düşüncə və təşəbbüskarlıq;Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;Vaxtın effektiv idarə olunması və çoxsaylı layihələrlə işləmək bacarığı.Təklif edirikAzərbaycanın aparıcı reklam şirkətlərindən birində karyera imkanı;Peşəkar və dinamik iş mühiti;Karyera inkişafı və təlim imkanları;Motivasiyaedici bonus sistemi;Maraqlı və böyükmiqyaslı layihələrdə iştirak imkanı.
Maaş: 1500 - 2000 ₼
Son müraciət: 29/09/2026