PVS kəsim sexinə işçi tələb olunur
Mebel istehsalı sahəsində fəaliyyət göstərən laminat kəsim seximizə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
- Laminat materiallarının kəsilməsi
- Kəsim dəzgahında işləmək (sənaye tipli panel kəsim avadanlığı)
- Verilən ölçülərə uyğun materialların hazırlanması
- Kəsim siyahısı və ölçülərə diqqətlə riayət etmək
- Hazırlanan materialların düzgün çeşidlənməsi
- İş yerinin səliqəli saxlanılması
Tələblər:
- Kəsim sahəsində təcrübəsi olanlara üstünlük verilir
- Təcrübəsiz şəxslərə iş öyrədilə bilər
- Ölçü və rəqəmlərlə işləməyi bacarmaq
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq
- Fiziki işə uyğun olmaq
İş şəraiti:
- İş yeri: Bakı, Əmircan (Qaraçuxur yaxınlığı)
- Maaş: 600 AZN
- İş saatları: 08:30 — 18:30
- İstirahət günü: Bazar