“Happy Smile” Stomatoloji klinikamıza yaradıcı, məsuliyyətli və dinamik Mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri:
Klinikada həyata keçirilən müalicə və prosedurların keyfiyyətli çəkilişlərinin aparılması
Reels, Stories və digər sosial media formatları üçün kreativ video kontentlərin hazırlanması
Həkimlərin, pasiyentlərin və klinika fəaliyyətinin çəkilişlərinin təşkili
Çəkilmiş materialların montajı və sosial media üçün uyğunlaşdırılması
Aktual sosial media trendlərinin izlənilməsi və klinikanın kontent strategiyasına uyğun tətbiqi
Kontent çəkilişləri zamanı işıq, kadr və səs keyfiyyətinə diqqət yetirilməsi
Namizədə tələblər:
Mobiloqraf və ya kontent yaradıcısı kimi iş təcrübəsi
Peşəkar foto və video çəkilişi bacarığı
Reels və qısa video formatlarının hazırlanması üzrə praktiki bacarıq
Video montaj proqramlarından istifadə bacarığı
Kreativ düşüncə və estetik baxış
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
Stomatologiya və tibbi kontent sahəsinə maraq üstünlükdür
İş şəraiti:
Peşəkar və dinamik iş mühiti.
Yaradıcı ideyaların reallaşdırılması üçün imkan.
İş günü: 6 gün.
Əmək haqqı: 400-700 AZN.
Müraciət üçün: CV və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 400 AZN
Son müraciət tarixi: 15.09.2026
Müraciət: https://jobsearch.az/vacancies/implant-house-mobiloqraf-151217