Leadlab kreativ marketinq agentliyi olaraq komandamıza Graphic Designer axtarırıq!
Brief-i götürüb dizayn etmək asandır. Biz isə brief-in arxasındakı ideyanı görən və onu vizual olaraq daha güclü edən dizayner axtarırıq.
Səndən nə gözləyirik?
Sosial media üçün statik post, carousel, story və digər vizual formatlar hazırlamaq;
Mövcud brend guideline-larına uyğun işləmək və onları kreativ şəkildə tətbiq etmək;
Kampaniya və kommunikasiya ideyalarını vizual həllə çevirmək;
Brief-i sadəcə icra etmək yox, onu anlamaq və lazım gəldikdə daha yaxşı həll təklif etmək;
Kreativ komanda ilə birlikdə kampaniya konseptləri üzərində işləmək;
Reels və video kontent üçün cover, thumbnail, motion üçün statik elementlər və digər qrafik materiallar hazırlamaq;
Reklam kampaniyaları üçün müxtəlif ölçü və formatlarda kreativlər hazırlamaq;
Bir vizual ideyanı müxtəlif platformalara və formatlara adaptasiya etmək;
Mövcud dizayn sistemlərini qorumaq və inkişaf etdirmək;
Bir neçə layihəni paralel şəkildə idarə etmək və deadline-lara əməl etmək;
Feedback-ləri düzgün qəbul edib sürətli şəkildə tətbiq etmək;
Trendləri, yeni vizual üslubları və dizayn yanaşmalarını izləmək.
Bizim üçün vacib olan bacarıqlar
Mütləq:
Adobe Photoshop
Adobe Illustrator
Figma
Kompozisiya və vizual iyerarxiya anlayışı;
Typography və rəng istifadəsi haqqında yaxşı bilik;
Sosial media formatlarına hakimlik;
Foto manipulyasiya və retouch bacarığı;
Kreativ düşüncə;
Brief əsasında müstəqil işləmək bacarığı;
Deadline-lara riayət etmək.
Üstünlük hesab olunacaq:
After Effects / Premiere Pro biliyi;
Motion design bacarığı;
3D və ya basic 3D anlayışı;
AI əsaslı kreativ alətlərdən istifadə təcrübəsi;
Branding və identity layihələrində təcrübə;
Reklam kampaniyaları üçün kreativ konseptlərin hazırlanmasında iştirak.
Portfolio bizim üçün CV-dən daha vacibdir
CV-ni mütləq göndər, amma portfolio əsas seçim kriteriyalarımızdan biri olacaq.
Portfolio-da mümkün qədər müxtəlif işlərini görmək istəyirik:
Social media design
Campaign visuals
Branding
Key visual
Advertising creatives
Carousel
Typography
Photo manipulation
Digər kreativ işlər
Behance, personal website, Google Drive və ya PDF portfolio göndərə bilərsən.
Portfolio yoxdursa, müraciətə baxılmayacaq.
Əmək haqqı
Əmək haqqı namizədin təcrübəsi, portfolio-su və bacarıqlarına əsasən danışılacaq.
Müsahibə zamanı gözləntilər və əməkdaşlıq şərtləri müzakirə olunacaq.
İş qarafiki
İş günlər 1-5 günlər (Şənbə və bazar günləri istirahət)
İş saatları 09;30 - 18;30
Necə müraciət etmək olar?
CV + Portfolio-nu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Subject: Graphic Designer
Son müraciət tarixi: 10.10.2026