Əsas öhdəliklər:
Vizit kart, kataloq, buklet, afişa, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması;
Müştəri tələblərinə uyğun fərdi və kreativ dizayn konseptlərinin işlənməsi;
Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması;
Çap üçün faylların texniki cəhətdən düzgün hazırlanması, son yoxlanış və təsdiqinin həyata keçirilməsi;
Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların təqdim edilməsi;
Müştəri ilə dizayn prosesi boyu operativ ünsiyyətin qurulması və eskizlərin təqdim olunması;
Reklam, sosial media və rəqəmsal platformalar üçün vizual materialların hazırlanması;
Mövcud dizaynların müasir trendlərə uyğun yenilənməsi və təkmilləşdirilməsi;
Çap prosesində texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi.
Kvalifikasiya tələbləri:
Poliqrafiya və dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
Yaş həddi: 21–40;
Rus və İngilis dillərini bilmək üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər;
Roland avadanlığından, Konica lazer avadanlığından və UV-çap texnologiyasından, Poni cildləmə, forex yapışdırma texnologiyalarından istifadə bacarığı üstünlükdür;
Kreativ düşüncə və estetik zövq;
Operativlik və detallara diqqət;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
Təklif edirik:
Əmək haqqı: 600 AZN;
Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul;
İş qrafiki: Həftədə 6 gün;
Stabil iş mühiti və inkişaf imkanı.
Tələblərə cavab verən namizədlər öz CV-lərini və portfolio nümunələrini “Qrafik Dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 07.10.2026