Şirkətimizin maliyyə və mühasibatlıq proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin edəcək, məsuliyyətli və diqqətli Mühasib axtarırıq.
Əsas vəzifə və öhdəliklər
Gündəlik mühasibat əməliyyatlarının uçotunu aparmaq;
İlkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq və sistemə daxil etmək;
Alış, satış, kassa və bank əməliyyatlarının uçotunu aparmaq;
Debitor və kreditor borclarına nəzarət etmək;
Bank ödənişləri və ödəniş sənədlərinin hazırlanmasında iştirak etmək;
Vergi və digər məcburi hesabatların hazırlanmasına dəstək olmaq;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
Rəhbərliyin mühasibatlıqla bağlı digər tapşırıqlarını icra etmək.
Namizədə tələblər
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi;
1C proqramı ilə işləmə bacarığı;
MS Excel proqramını yaxşı səviyyədə bilmək;
Azərbaycan Respublikasının vergi və mühasibat uçotu üzrə əsas tələbləri haqqında məlumat;
Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
Komandada işləmək və kommunikasiya bacarığı.
İş şərtləri
İş qrafiki: 6 günlük
Əmək haqqı müsahibə əsasında
Rəsmi əmək müqaviləsi;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 23.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-muhasib-151988