Vəzifə öhdəlikləri:
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
E-qaimələrin, hesab-fakturaların, aktların və digər maliyyə sənədlərinin hazırlanması və uçotunun aparılmasına dəstək olmaq;
Bank əməliyyatları üzrə sənədlərin hazırlanması və məlumatların sistemləşdirilməsində iştirak etmək;
Gündəlik maliyyə əməliyyatlarının uçota alınmasına və mühasibat məlumatlarının düzgün əks etdirilməsinə dəstək olmaq;
Təchizatçılar və müştərilər üzrə hesablaşmaların izlənilməsində iştirak etmək;
Mühasibat uçotu üzrə məlumatların elektron sistemlərə daxil edilməsini və məlumatların aktuallığının təmin edilməsini həyata keçirmək;
İlkin sənədlərin düzgünlüyünü və tamlığını yoxlamaq, çatışmazlıqlar barədə məsul şəxsi məlumatlandırmaq;
Maliyyə və mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
Aylıq və digər dövri hesabatların hazırlanmasında mühasibə dəstək olmaq;
Rəhbərliyin və baş mühasibin müvafiq maliyyə və inzibati tapşırıqlarını vaxtında yerinə yetirmək;
Şirkətin daxili prosedurlarına və maliyyə intizamına riayət etmək.
Tələblər:
Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə olması üstünlükdür);
Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ilkin biliklər;
E-qaimə, elektron vergi sistemi və digər mühasibatlıq sistemləri ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
İlkin mühasibat sənədləri ilə işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
Dəqiqlik, məsuliyyətlilik və operativlik;
Sənədləşmə və məlumatların sistemləşdirilməsi bacarığı;
Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmək bacarığı.
İş şərtləri:
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Əmək haqqı: 400 Azn (net)
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] və [email protected] ünvanlarına paralel göndərə bilərlər. E-mail mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır.
Maaş: 400 AZN
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/metra-mmc-muhasib-komekcisi-150967