Komandamıza yeni təlimçi dəvət edirik! Əgər siz də zəngin təcrübənizi bölüşmək, gənc mütəxəssislər yetişdirmək və dinamik mühitdə çalışmaq istəyirsinizsə, zəhmət olmasa vakansiyamızla tanış olun.
Namizədə olan tələblər:
Cins: Xanım və ya bəy namizədlər
Proqram və sahə biliyi: 1C, Maliyyə uçotu, Vergi uçotu və Kadr uçotu sahələrini dərin bilmək
Tədris forması: Dərsləri həm nəzəri, həmdə tam praktiki şəkildə keçmək bacarığı
İş təcrübəsi: Mühasibatlıq Müəllimi sahəsində minimum 6 ay - 1 il praktiki təcrübə
Tədris müddəti: Təlimlərimiz 4 aylıq proqramı əhatə edir
Qrafik: Axşam saatlarında dərsləri aparmağa uyğun olmaq (Hazırda başqa yerdə çalışırsınızsa, dərsin dəqiq saatlarını müsahibə zamanı uyğunlaşdıra bilərik)
Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
Öz sillabusu olsun
Biz nə təklif edirik?
Əməkhaqqı: Müsahibə əsasında akademiyada qarşılıqlı razılaşma ilə təyin olunur
Rahat iş qrafiki və inkişaf yönümlü kollektiv
Siz də Basic Academy ailəsinə qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "Mühasibatlıq müəllimi" qeyd etməyi unutmayın.
Son müraciət tarixi: 17.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/basic-academy-muhasibatliq-telimcisi-muellimi-151436