
Neft-Qaz sektoru üzrə layihə meneceri

Razılaşma yolu ilə
Neft-Qaz sektoru üzrə layihə meneceri
SatılırYoxlanılıbİşlənmişBu gün
Tarix
Nömrə№1763132
Təsvir
Dənizdə və quruda həyata keçirilən irimiqyaslı neft-qaz infrastruktur layihələrimizi uğurla idarə edəcək, mürəkkəb mühəndislik proseslərinə hakim, təcrübəli Layihə Meneceri axtarırıq. Əgər siz qazma qurğuları, emal qurğuları və xüsusilə yüksək təzyiqli çənlərin, vessel-lərin istehsalı üzrə layihələrin idarə edilməsində güclü təcrübəyə maliksinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Əsas Vəzifələr:
Layihənin İdarə Olunması: Layihələrin ilkin mərhələdən (konsepsiya, dizayn) istehsal, sınaq və yekun təhvilə qədər bütün həyat dövrünün (Life Cycle) beynəlxalq standartlara uyğun idarə edilməsi.
Yüksək Təzyiqli Avadanlıqlar (Vessels) üzrə Nəzarət: Zavodumuzda istehsal olunan yüksək təzyiqli çənlərin və vessel-lərin ASME (Sec. VIII) kimi beynəlxalq standartlara qəti şəkildə uyğun hazırlanmasının təmin edilməsi.
Büdcə və Resursların Nəzarəti: Çoxmilyonluq layihə büdcələrinin tərtibi, xərclərə nəzarət, maliyyə proqnozlaşdırılması və resursların səmərəli bölgüsü.
Təchizat, İstehsal və Podratçılar: Avadanlıqların, xammalın (sertifikatlı polad plitalar, flanşlar və s.) satınalınması, sex daxili istehsalat, keyfiyyətə nəzarət (QC) və subpodratçıların fəaliyyətinin koordinasiyası.
Keyfiyyət və HSE (ƏM, Texniki Təhlükəsizlik və Ətraf Mühit): Neft-qaz sektorunun yüksək təhlükəsizlik standartlarına və sıfır bədbəxt hadisə siyasətinə qəti şəkildə riayət olunmasının təmin edilməsi.
Üçüncü Tərəf İnspeksiyaları (TPI) və Stakeholder-lər: Sifarişçilər, dövlət qurumları, daxili mühəndislik qrupları və beynəlxalq inspeksiya qurumları ilə effektiv əlaqələrin qurulması.
Risk İdarəetməsi: Layihənin gedişatında yarana biləcək texniki, maliyyə və logistik risklərin əvvəlcədən qiymətləndirilməsi və aradan qaldırılması planlarının hazırlanması.
Namizədə Olan Tələblər:
Təhsil: Mühəndislik (Neft-qaz, Maşınqayırma, Kimya və ya Proseslərin Avtomatlaşdırılması) və ya müvafiq sahə üzrə ali təhsil .
Təcrübə: Neft-qaz sektorunda və ya yüksək təzyiqli çənlərin/vessel-lərin istehsalı sahəsində ən azı 5-7 il olmaqla, ümumilikdə 10 ildən artıq iş təcrübəsi və bunun ən azı 4 ilini rəhbər/menecment vəzifəsində keçirmiş olmalı.
Sertifikatlar: PMP (Project Management Professional) və ya ASME kodları üzrə mütəxəssis sertifikatları arzuolunandır.
Standartlar: Neft-qaz sənayesinin beynəlxalq standartlarını (API, ASME, ISO, EN) və FIDIC müqavilə şərtlərini dərindən bilmək.
Dil Bilikləri: Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili bilməsi əlavə üstünlükdür).
Bacarıqlar: Güclü liderlik, böyük komandaları idarəetmə, çertyojları (CAD) oxumaq, təzyiq altında qərar qəbul etmə və analitik düşünmə qabiliyyəti.
Biz nə təklif edirik?
Tibbi sığorta və korporativ sosial təminatlar.
Beynəlxalq standartlara cavab verən layihələrdə şəxsi inkişaf və karyera yüksəlişi imkanı.
Peşəkar, dinamik və dəstəkləyici iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/stp-amz-neft-qaz-sektoru-uzre-layihe-meneceri-150417
Bənzər elanlar













BağışlayıramYeni
