Azad Agentlik komandasına Onlayn Əməkdaşlar axtarılır!
TikTok sahəsinə marağınız varsa, sərbəst qrafiklə işləmək və göstərdiyiniz nəticəyə uyğun gəlir əldə etmək istəyirsinizsə, komandamıza qoşulun!
Tələblər
Ukrayna dilində sərbəst danışmaq — C2 səviyyəsi və ya Rus dilində sərbəst danışmaq — C2 səviyyəsi
18–35 yaş aralığında olmaq
TikTok canlı yayımlarının iş prinsipi və funksiyaları haqqında məlumatlı olmaq
TikTok və digər yayım platformalarına marağın olması
Ünsiyyətcil və inandırıcı danışıq tərzinə sahib olmaq
WhatsApp, TikTok və digər sosial şəbəkələrlə işləmə bacarığı
Yaradıcılıq, məsuliyyət və təşəbbüskarlıq
Kompüter və smartfonla sərbəst işləmə bacarığı
Vəzifələr
TikTok-da canlı yayım açan yayımçıları agentliyə qoşulmağa dəvət etmək
Agentliyin xidmətləri və üstünlükləri haqqında məlumat vermək
Yayımçıların qeydiyyat prosesini izləmək və dəstək olmaq
Dəvət etdiyiniz yayımçılarla daim əlaqədə qalmaq
Yayımçıları motivasiya etmək və onların inkişafına dəstək olmaq
Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Təqdim etdiklərimiz
Əməkhaqqı: Performans əsaslı ödəniş sistemi tətbiq olunur. Sabit maaş yoxdur. Gəlir yerinə yetirilən tapşırıqların sayı və əldə olunan nəticələrdən asılı olaraq formalaşır. Qazanc potensialı məhdud deyil. Ödəniş aylıq olaraq həyata keçirilir.
Təlim: İşə başlamazdan əvvəl əməkdaşlara iş prinsipi, prosesin detalları və istifadə olunacaq üsullar ətraflı şəkildə izah olunur. Təlim və praktika ofis şəraitində keçirilir. Təlim müddəti təxminən 7–10 gündür.
İş qrafiki
Tamamilə onlayn iş imkanı
Sərbəst iş qrafiki
İstənilən məkandan işləmək imkanı
Gəlir əməkdaşın aktivliyindən və nəticələrindən asılı olaraq dəyişir
Maraqlanan namizədlər öz CV-lərini və ya özləri haqqında qısa məlumatı Müraciət et düyməsində göstərilən əlaqə vasitəsinə göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/azad-agentlik-onlayn-emekdas-150896