7 yaşdan yuxarı sterilizə olunmuş pişiklər üçün quru yem. Kastrlərə edilmiş və sterilizə olunmuş heyvanlar 3,4 dəfə daha çox artıq çəki problemi yaşayır. İlk qocalıq əlamətləri ilə mübarizə aparmağa kömək edir Optimal çəkini saxlamağa kömək edir Mineral maddələr və vitaminlərin balansını təmin edir 100% tam rasionlu və balanslı qidalanma. Pişiklərin hər yaşda tam və balanslı rasiona ehtiyacı var, amma müəyyən həyat dövründə sterilizə olunmuş pişiklərin sağlamlığının qorunması üçün vacib olan bəzi qida maddələri var. ROYAL CANIN® Sterilised 7+ məhsulu 7 yaşdan yuxarı sterilizə olunmuş pişiklər üçün onların xüsusi qida ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. ROYAL CANIN® Sterilised 7+ yaşıl çay polifenolları, vitamin C, Omega-3 EPA və DHA turşuları ilə zənginləşdirilmişdir. Ehtiyatla seçilən bu qida maddələri ilkin qocalıq əlamətləri ilə sterilizə olunmuş pişiklərin sağlamlığını dəstəkləməyə kömək edir. ROYAL CANIN® Sterilised 7+'nın orta səviyyədə yağ tərkibi tövsiyə olunan qidalanma normalarına riayət etməklə artıq çəki riskinin qarşısını almağa kömək edir. Adaptasiya olunmuş fosfor tərkibinə görə ROYAL CANIN® Sterilised 7+ rasionu böyrək funksiyasını dəstəkləməyi və sidik ifrazatı sisteminin sağlamlığını qorumağa kömək edir.