Elektronika və məişət texnikasının təmiri sahəsində fəaliyyət göstərən servis mərkəzimizə məsuliyyətli, ünsiyyət bacarıqları yüksək və təşkilatçılıq qabiliyyətinə malik xanım əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
Servis mərkəzinə müraciət edən müştərilərin qarşılanması;
Təmirə qəbul olunan avadanlıqların qeydiyyatı və sənədləşdirilməsi;
Qəbul və təhvil proseslərinin protokollaşdırılması;
Müştərilərlə telefon və mesaj vasitəsilə əlaqənin saxlanılması;
Təmir prosesləri ilə bağlı müştərilərin vaxtında məlumatlandırılması;
Daxil olan zənglərin və onlayn müraciətlərin cavablandırılması;
Sosial media hesablarının idarə olunmasına dəstək göstərilməsi;
Ofisdaxili inzibati və təşkilati işlərin yerinə yetirilməsi.
Tələblər:
Xanım namizəd;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Kompüter bilikləri (MS Office proqramları ilə işləmə bacarığı);
Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı ;
Məsuliyyətli, diqqətli və punktual olmaq;
Rus dili üstünlükdür.
İş qrafiki:
Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Şənbə və Bazar: İstirahət günləri
Əməkhaqqı:
400 – 600 AZN
Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 400 AZN
Son müraciət tarixi: 08.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/service-center-az-reception-ve-musteri-xidmetleri-uzre-mutexessis-150653