Təsvir
Satışın analizini aparmaq bacarığı
Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi
Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi
Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı
Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması
Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması
Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması
Yerli sərgilərdə iştirak edərək, potensial müştərilərin cəlb edilməsi və şirkəti professional şəkildə təqdim etmə bacarığı
Rəqib hotellərin daimi satış analizini izləmə bacarığı və ölkənin turizm sahəsində satış təlabatını anlamalı
Xüsusi satış kompaniyalarının yaradılmasında iştirak etməli və öz ideyalarını irəli sürməli
Aylıq və rüblük satış planını hazırlamalı və ay sonunda qoyulan hədəfləri məruzə etməli
Satış koordinatoru tərəfindən yarana biləcək sualları cavablandırmalı və lazım gəldikdə təlimləndirmə bacarığı
Satış rəhbəri tərəfindən tərtib edilən şəxsi inkişaf və təlim planını vaxtında bitirməli və hesabat verməli
Hədəflənən aylıq və illik büdcəni doldurmaq məqsədilə, satış strategiya planını hazırlamalı və Satış rəhbərinə hesabat verməli
Tələblər
Təhsil: Ali
İş təcrübəsi: 5-8 il
Bilik və Bacarıqlar:
Müştəri məlumat bazalarını idarə etmək bacarığı;
CRM və loyallıq proqram təminatını dərindən başa düşməli;
Ölkədaxili və beynəlxalq səyahətlər üçün giriş-çıxış məhdudiyyətlərinin olmaması;
Peşəkar statistik proqram təminatı və ya ən azı MS Excel-də satış analitikasını həyata keçirmək bacarığı;
Yerli və xarici səyahət bazarları haqqında ekosistemi bilmək;
Korporativ və ticari hesabların idarə edilməsi və inkişaf etdirilməsi bacarığı;
Planlama və təşkilatçılıq;
Təşkilati həssaslıq.
Kompüter bilikləri:
Microsoft Office və Opera proqram təminatından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili – yüksək səviyyədə;
Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 09.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/ramada-plaza-by-wyndham-gence-satis-direktoru-150687