“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “KATAN Tekstil” MMC Satış üzrə mütəxəssis axtarır.
Əsas vəzifələr
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması;
Aylıq və illik satış planlarının icrasını təmin etmək;
Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
Məhsul təqdimatları keçirmək və kommersiya təklifləri hazırlamaq;
Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək;
İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı əməkdaşlıq etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə dair tələblər
İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
Satış sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət qurmaq bacarığı;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
Outlook və 1C proqramlarında işləmək bacarığı;
Excel proqramında Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı;
Google Analytics biliyi üstünlükdür;
Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlükdür;
Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarığı;
Məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Əmək haqqı: 500 AZN + satış bonusu
Əmək müqaviləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
Karyera: Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 08.10.2026