İş haqqında məlumat:
Mağazaya daxil olan müştəriləri aktiv qarşılamaq və ehtiyacına uyğun düzgün smartfonu/aksesuarı təklif etmək;Mağazanın hazırda mövcud olan müştəri bazası ilə aktiv işləmək, onlarla zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlayıb təkrar satışlar etmək;Satış planını və şirkətin hədəflərini maksimum yerinə yetirmək;Məhsullar haqqında texniki məlumatları mükəmməl bilmək və müştəriyə düzgün ötürmək.
Tələblər:
Xanım namizədlər;Təcrübə: Mobil telefon və ya elektronika satışı sahəsində ən azı 2-3 il real iş təcrübəsi mütləqdir;Xarakter: Yüksək enerjili, potensiallı, aktiv, qətiyyən utancaq olmayan və müştəri ilə anında bağ qura bilən;Bacarıq: Satış psixologiyasını bilən, etirazlarla işləməyi bacaran və mağazaya girən müştərini satışı bağlamadan yola salmayan ("ilanı yuvasından çıxaran" satış bacarığı).Ünsiyyətcil, təşəbbüskar;Komandada işləmək bacarığı;Müştərilərlə işləmək qabiliyyəti;İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;Tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi;Diqqət: Bu elan yalnız YÜKSƏK QAZANC əldə etmək istəyən, daxili potensialına güvənən və peşəkar kadrlar üçündür. Satış edib çox qazanmaq iddiası olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.İş haqqında məlumat:İş saatları: 10:00-20:00Şərtlər: Əmək haqqı: Fix maaş + Satışdan yüksək Faiz/Bonus (Performansa uyğun olaraq yüksək qazanc imkanı);
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 09/10/2026