İş haqqında məlumat:
“KATAN Textile” komandası məhsullarımızın satışının inkişafında və müştəri portfelinin genişləndirilməsində aktiv rol oynayacaq Satış Təmsilçisi axtarılır.Əsas vəzifə öhdəlikləriTəhkim olunmuş satış ərazisi üzrə mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və yeni müştərilərin cəlb edilməsi;Təsdiq edilmiş marşrut və ziyarət planına uyğun olaraq müştərilərə mütəmadi səfərlərin həyata keçirilməsi, görüş və sifarişlərin sistemli şəkildə qeydiyyata alınması;KATAN Textile məhsullarının çeşidi, xüsusiyyətləri və satış şərtləri barədə müştərilərə ətraflı məlumat verilməsi və sifarişlərin formalaşdırılması;Təsdiq edilmiş satış planı və fərdi hədəflər üzrə gündəlik fəaliyyətin planlaşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;Satış nöqtələrində məhsulların mövcudluğu, düzgün nümayişi və qiymət məlumatlarının monitorinqi;Müştəri sifarişlərinin, çatdırılma tələblərinin və iradların aidiyyəti struktur bölmələrə vaxtında ötürülməsi və icra vəziyyətinin izlənilməsi;Müştərilər üzrə debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsi üçün müvafiq kommunikasiya;Bazar, rəqiblər, qiymətlər və müştəri tələbatı barədə məlumatların toplanılması, yeni satış imkanları üzrə təkliflərin hazırlanması;Gündəlik ziyarət, yeni müştəri, sifariş və satış nəticələri üzrə hesabatların hazırlanması.
Tələblər:
Orta ixtisas və ya ali təhsil;Satış sahəsində iş təcrübəsi üstünlükdür;B kateqoriyalı qüvvədə olan sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması vacibdir;Şəxsi avtomobildən gündəlik işgüzar səfərlərdə istifadə etmək imkanı;Sahə satışları, müştəri münasibətlərinin idarə edilməsi və danışıqların aparılması üzrə bacarıqlar;Satış marşrutlarının planlaşdırılması, mobil tətbiqlər və sadə hesabat sistemlərindən istifadə bacarığı;MS Office və rəqəmsal satış alətləri ilə işləmək bacarığı üstünlükdür.Şəxsi keyfiyyətlərGüclü kommunikasiya bacarığı;Müştəriyönümlülük;Nəticəyönümlülük və satış hədəflərinə fokuslanma;Məsuliyyətlilik və intizam;Təşəbbüskarlıq və çeviklik;Komandada işləmək bacarığı.İş şəraitiİş yeri: Təhkim olunmuş satış ərazisi və şirkət tərəfindən müəyyən edilən iş məkanları rut üzrə satışı icrasını təmin etmək.Əmək haqqı: 700 Azn
Maaş: 700 ₼
Son müraciət: 09/10/2026