Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün SMM Mütəxəssisi axtarılır.
Vəzifələr:
Brendin sosial media hesablarının gündəlik idarə olunması;
Brendin tanıdılması və inkişafı üçün yaradıcı ideyaların hazırlanması;
Foto və video çəkiliş proseslərində aktiv iştirak;
Sosial media üçün kreativ kontentlərin hazırlanması;
Blog yazılarının hazırlanması və paylaşılması;
Sosial media trendlərinin izlənilməsi və tətbiqi;
Digital brendinq prosesinin idarə olunması;
Reklam və digital kampaniyaların planlaşdırılması və idarə olunması;
Sosial media göstəricilərinin (metric) izlənilməsi və analiz edilməsi.
Namizədə tələblər:
SMM sahəsində ən azı 2 il iş təcrübəsi;
Güclü estetik baxış və vizual düşüncə;
Foto və video çəkiliş bacarığı;
Blog yazmaq və kreativ mətnlər hazırlamaq bacarığı;
Sosial media platformalarının idarə olunması üzrə praktiki təcrübə;
Digital brendinq və brendin onlayn idarə olunması üzrə anlayış;
Sosial media metric-lərinin təhlili və nəticələrin qiymətləndirilməsi;
Figma proqramı ilə işləmək bacarığı;
Post, story və reels üçün kreativ ideyalar hazırlamaq bacarığı;
Trendləri izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək;
Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı;
Komandada işləmək və deadline-lara riayət etmək bacarığı.
Biz təklif edirik:
Əməkhaqqı: 1700 AZN +Bonus;
Yaradıcı və dinamik iş mühiti;
Brendin digital inkişafında aktiv iştirak etmək imkanı.
Enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Maaş: 1700 AZN
Son müraciət tarixi: 24.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/saena-mmc-smm-mutexessisi-social-media-manager-152171