İş haqqında məlumat:
İstehsalat müəssisəsi üçün “Su təmizləmə sistemləri üzrə Operator” vakansiyası İş yeri: Kəlbəcər rayonuVəzifə öhdəlikləri:Su təmizləmə sistemlərinin gündəlik işinə nəzarət etmək;Su təmizləmə avadanlıqlarının iş rejimini izləmək;Su təmizləmə prosesinin müəyyən edilmiş texnoloji tələblərə uyğun aparılmasını təmin etmək;Avadanlıqların təzyiq, temperatur, sərfiyyat və digər iş göstəricilərini nəzarətdə saxlamaq;Su sistemlərinin regenerasiya, yuma və digər texnoloji proseslərini həyata keçirmək;CIP (Cleaning in Place) proseslərini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;Avadanlıqların işə salınması, dayandırılması və proseslər arasında keçidlərini düzgün icra etmək;Su təmizləmə sistemlərində yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxslərə məlumat vermək; Nasosların, klapanların, boru xətlərinin və digər avadanlıqların vəziyyətinə nəzarət etmək;İş zamanı tələb olunan göstəriciləri və proses məlumatlarını qeydiyyata almaq;Avadanlıqların təmizliyi və iş sahəsinin sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək;Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili qaydalara riayət etmək;Rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək.
Tələblər:
Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır;Rus dili biliyi üstünlükdür;Su təmizləmə sistemləri, istehsalat avadanlıqları və ya texniki sahədə iş təcrübəsi üstünlükdür;Su təmizləmə prosesləri haqqında ümumi anlayış;Texniki avadanlıqlarla işləmək bacarığı;CIP prosesləri barədə məlumatlı olmaq üstünlükdür;Diqqətli, məsuliyyətli və intizamlı olmaq;Komandada işləmək bacarığı;Növbəli iş rejimində işləməyə hazır olmaq.Şirkət tərəfindən təmin olunur:Kəlbəcərdə yaşayış yeriGün ərzində 3 dəfə qidalanmaGəncə və ətraf rayonlardan nəqliyyat xidmətiPeşəkar və inkişaf yönümlü iş mühiti
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 08/10/2026