Hazırda Dapti komandamıza qoşulmaq üçün Təhsil sahəsi üzrə satış nütəxəssisi axtarırıq.
İş növü: Tam ştat
Tələblər:
Təhsil sahəsində satış üzrə ən azı 2 il iş təcrübəsi;
CRM sistemləri və Excel vasitəsilə məlumatlarla işləmək və müştəri bazasını təhlil etmək bacarığı;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
İnandırma, danışıqlar aparma və təqdimat bacarıqları;
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun həllər təklif etmək bacarığı;
Nəticəyönümlü və hədəflərə fokuslanan yanaşma.
Vəzifə öhdəlikləri:
Potensial müştərilərlə əlaqə yaradaraq Dapti.az platformasının məhsul və xidmətlərinin təqdimatını və satışını həyata keçirmək;
Müştərilərin ehtiyaclarını və gözləntilərini müəyyən edərək onlara uyğun həllər təklif etmək;
Məktəblər, valideynlər və digər potensial müştərilərlə satış prosesini idarə etmək;
Dapti.az platformasının imkanlarını, üstünlüklərini və istifadə qaydasını müştərilərə aydın və effektiv şəkildə təqdim etmək;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;
Müştəri bazasını və satış nəticələrini CRM və Excel vasitəsilə idarə və təhlil etmək;
Satış prosesi, müştəri müraciətləri və nəticələr barədə məlumatları müvafiq sistemlərdə dəqiq şəkildə qeyd etmək;
Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək;
Bazar və müştəri ehtiyaclarını izləmək, satış imkanlarını müəyyənləşdirmək;
Komanda ilə əməkdaşlıq edərək satış prosesinin və müştəri təcrübəsinin təkmilləşdirilməsinə töhfə vermək.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 221.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/dapti-tehsil-sahesi-uzre-satis-mutexessisi-151791