Şirkətimizə korporativ müştərilərlə işləyəcək, satış və müştəri əlaqələrinin inkişaf etdirilməsində aktiv rol alacaq Korporativ Satış üzrə Mütəxəssis axtarılır.
İş yeri: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12-ci km
Əsas vəzifələr:
Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətlərin təklif edilməsi;
Kommersiya təkliflərinin və qiymət təkliflərinin hazırlanması;
Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
Satış hədəflərinin yerinə yetirilməsi;
Bazarın və potensial müştərilərin araşdırılması.
Tələblər:
Korporativ/B2B satış sahəsində iş təcrübəsi arzuolunandır;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Satış və müştəri yönümlü yanaşma;
MS Office proqramlarında işləmə bacarığı;
Məsuliyyətlilik və operativlik;
Komandada və müstəqil işləmək bacarığı.
Əməkhaqqı: 1000 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/global-supply-solution-azerbaycan-mmc-korporativ-satis-uzre-mutexessis-151762