İş haqqında məlumat:
Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarət etmək;Dərslərin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri qiymətləndirmək və müəllimlərə konstruktiv geribildirim vermək;Müəllimlərin seçilməsi, adaptasiyası, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafı prosesini idarə etmək;Müəllimlər üçün pedaqoji müzakirələr, seminarlar və daxili təlimlər təşkil etmək;Mövcud tədris proqramlarını təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;Bazar və tələbə ehtiyaclarına uyğun yeni kurs və tədris proqramlarının hazırlanmasında iştirak etmək;Tələbələrin bilik səviyyəsinin ölçülməsi üçün test və sınaq imtahanlarının hazırlanması və keçirilməsi prosesinə nəzarət etmək;Tələbə nəticələrini və geribildirimlərini təhlil edərək tədrisin inkişafı üzrə tədbirlər müəyyən etmək;Təhsil bazarını, rəqiblərin proqramlarını, metodologiyalarını və qiymət strategiyalarını araşdırmaq;Marketinq komandası üçün kurslar üzrə dəqiq və informativ xidmət brifləri hazırlamaq;Satış komandası ilə əməkdaşlıq edərək kursların məzmunu, üstünlükləri və dəyər təklifi barədə düzgün məlumatlandırmanı təmin etmək;Tədris keyfiyyəti, müəllim performansı və tələbə nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq.
Tələblər:
Kvalifikasiya tələbləri:Təhsili: Ali təhsil;İş təcrübəsi: Müvafiq vəzifədə 2 il iş təcrübəsi; (Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)Yaş həddi: 25–40.Tələb olunan bilik və bacarıqlar:Tədris metodologiyaları və müasir öyrənmə yanaşmaları haqqında bilik;Tədris proqramlarının hazırlanması üzrə bilik;Test və digər qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri haqqında bilik;Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı; Müəllim/təlimçi heyətinin idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi bacarığıDərs müşahidəsi və tədris keyfiyyətinin qiymətləndirilməsi bacarığı;Analitik düşüncə və hesabat hazırlama bacarığı;MS Office, xüsusilə Excel və təqdimat proqramlarından istifadə bacarığı;Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;İngilis dilində danışıq bacarığı (C2 səviyyəsi tələb olunur).Təklif edirik:Əmək haqqı: Razılaşma yolu ilə 6 günlük iş qrafiki;Karyera inkişaf imkanı;Dinamik və inkişafyönümlü iş mühiti;Nahar şirkət tərəfindən təmin edilir.Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 25/09/2026