Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi; Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi; Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi; Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi; İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi; İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli; Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli; Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi; Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: Landau Education Group
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/landauschool/landauschool-texniki-destek-uzre-kicik-mutexessis-69620926/apply