İş haqqında məlumat:
AAC MMC olaraq komandamıza Texniki xidmət şöbəsinin müdiri vəzifəsinə peşəkar namizəd axtarırıq.Əsas vəzifələrZavodun fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə texniki xidmət və təmir işlərinin təşkil və idarə edilməsi;Mexanika, elektrik və avtomatika sistemlərində baş verən qəza, nasazlıq və texniki problemlərin operativ şəkildə aradan qaldırılmasına nəzarət;Avadanlıqların düzgün istismarının, texniki sazlığının və etibarlı fəaliyyətinin təmin edilməsi;Yeni avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesinin təşkili;İllik, aylıq, həftəlik və gündəlik texniki xidmət və təmir planlarının hazırlanması və icrasına nəzarət;Cari, növbədənkənar və əsaslı təmir işlərinin istehsal prosesinə minimum təsirlə həyata keçirilməsinin təmin edilməsi;Təmir işləri üçün zəruri ehtiyat hissələrinin və sərfiyyat materiallarının minimum stok səviyyəsinin müəyyən edilməsi və təminat prosesinin koordinasiyası;Texniki qəzaların səbəblərinin araşdırılması, təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi;Texniki xidmət və təmir sahəsi üzrə görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;Şöbə üzrə sənədləşmənin düzgün aparılmasına və müəyyən edilmiş prosedurların tələblərinə əməl olunmasına nəzarət;Şöbə əməkdaşlarının iş və məzuniyyət qrafiklərinin hazırlanmasının təşkili;Əməkdaşların zəruri əl alətləri, avadanlıq və texniki vasitələrlə təmin edilməsinə, onların düzgün və səliqəli istifadəsinə nəzarət;Texniki xidmət sahəsinin aralıq anbarının idarə olunması və anbar qalığına nəzarət;Zavod üçün kritik əhəmiyyət daşıyan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və onların anbarda mövcudluğunun təmin edilməsi;Sifariş olunan materialların texniki göstəricilərini əks etdirən material kartlarının hazırlanması prosesinə nəzarət;Şöbə əməkdaşlarının peşəkar inkişafı və texniki bacarıqlarının artırılması istiqamətində tədbirlərin təşkili;Tabeçiliyində olan əməkdaşlar tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə nəzarət.
Tələblər:
Texniki sahə üzrə ali təhsil;İstehsalat müəssisəsində texniki xidmət, təmir və ya mühəndislik sahəsində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;Mexanika, elektrik və avtomatika sistemləri üzrə ümumi texniki biliklər;Sənaye avadanlıqlarının texniki xidməti və təmiri üzrə praktiki təcrübə;Planlı və preventiv texniki xidmət və təmir işlərinin təşkili üzrə təcrübə;Texniki sənədləşmə, hesabatların hazırlanması və ehtiyat hissələrinin idarə edilməsi üzrə bacarıqlar;Komanda idarəetməsi, iş bölgüsü və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;Operativ qərarvermə və texniki problemlərin həlli bacarığı;Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;Microsoft Office proqramlarında işləmək bacarığı;Sürücülük vəsiqəsinin olması;İş şəraitiİş yeri: Səngəçalİş qrafiki: 5 günlük iş həftəsiƏmək haqqı: 2500 AZNServis xidməti: Bakı və Sumqayıəraitit istiqamətlərindən servisNahar xidməti: İşçilər üçün nahar təmin edilir
Maaş: 2500 ₼
Son müraciət: 30/09/2026