Prayk
Anbardar — İnzibati personal, Xankəndi
Келишим боюнча

Anbardar

ТекшерилдиБүгүн
Шаар
Xankəndi
Күнү
Көрүүлөр
4
Номери
№4933656

Сүрөттөмө

Vəzifə öhdəlikləri:Tibbi sərfiyyat materiallarının, dərman vasitələrinin və digər tibbi məhsulların anbara qəbulunu, saxlanılmasını, uçotunu və müvafiq şöbələrə təhvil verilməsini təmin etmək;Anbara daxil olan məhsulların faktiki miqdarını, çeşidini, markalanmasını, qablaşdırma vəziyyətini və son istifadə tarixlərini müşayiətedici sənədlər əsasında yoxlamaq;Məhsulların e-qaimə-faktura və digər müvafiq sənədlər əsasında proqram təminatında qeydiyyatını aparmaq;Tibbi məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinə, temperatur, rütubət və sanitariya-gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;Məhsulların saxlanılması və dövriyyəsi zamanı FIFO və FEFO prinsiplərinin tətbiqini təmin etmək;Klinikada fəaliyyət göstərən struktur bölmələrin sifarişləri əsasında məhsulların hazırlanmasını, təhvil verilməsini və müvafiq proqramda uçotunu aparmaq;Anbar qalıqlarına və məhsulların son istifadə tarixlərinə mütəmadi nəzarət etmək, ehtiyatların azalması və istifadə müddətinin başa çatması ilə bağlı rəhbərliyi vaxtında məlumatlandırmaq;Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqlarla proqram göstəricilərinin uyğunluğunu yoxlamaq və aşkar edilən uyğunsuzluqlar barədə məlumat vermək;Məhsulların qəbulu, saxlanılması və təhvili ilə bağlı sənədləşmə işlərini düzgün aparmaq və müvafiq qaydada arxivləşdirilməsini təmin etmək;Anbar sahəsində əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək;Fəaliyyət sahəsinə aid normativ sənədlərin, daxili prosedurların və müvafiq təlimatların tələblərinə uyğun fəaliyyət göstərmək;Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər: Namizədə tələblər: Ali təhsil (əczaçılıq, logistika, iqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə təhsil üstünlükdür)Tibb müəssisələrində anbardar kimi 1–3 il iş təcrübəsi;Tibbi məhsulların saxlanılması, markalanması və son istifadə tarixlərinə nəzarət qaydaları barədə biliklər;Anbar uçotu, inventarizasiya və sənəd dövriyyəsi prosesləri üzrə praktiki bilik və bacarıqlar;Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də sərbəst işləmək bacarığı;1C və ya digər anbar uçotu proqramlarında işləmək bacarığı arzuolunandır;E-qaimə-faktura və digər uçot sənədləri ilə işləmək bacarığı; Vakansiya növü: Tam ştat Şirkət: Qarabağ Universitetinin Klinikası Yer: Xankəndi, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-anbardar-92160740/apply
РЕКЛАМА