AnbardarVəzifə öhdəlikləri:* Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;* Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;* Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsi;* Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;* Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan, ilk çıxar) prinsipinin tətbiqi;* Anbar daxilində səliqə-sahmanın və nizam-intizamın təmin edilməsi;* Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması. Namizədə tələblər:* Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;* Qida məhsulları ilə işləmək üzrə anbar təcrübəsinin olması mütləqdir;* Catering, restoran və ya qida istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;* Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;* Dəqiqlik, məsuliyyətlilik və operativlik. İş şəraiti:* İş yeri: Bakı şəhəri, Binəqədi rayonu;* İş qrafiki: 6 günlük iş həftəsi;* İş saatları: 09:00–18:00;* Əməkhaqqı: 800–1000 AZN.Müraciət qaydası:Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron məktubun mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты